Məşhur tennisçidən gözlənilməz qərar

  • By admin
  • 29 Dekabr 2016 18:11

tenis

Dünyanın ən gözəl tennisçilərindən biri hesab edilən Ana İvanoviç karyerasını bitirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə idmançı “Facebook” hesabında yazıb.
“Mən professional tennisdən getmək qərarına gəldim. Bu, çox asan qərar deyil. Lakin fəaliyyətim dövründə hətta, arzulaya bilməyəcəyim uğurları əldə etmişəm. Bu səbəbdən də ailəmə, dostlarıma, sponsorlarıma və məni sevənlərə çox təşəkkür edirəm. Bundan sonra idman elçisi olacağam, moda, gözəllik kimi sahələrdə çalışacağam” – deyə, A. İvanoviç bildirib.
Professional karyerasına 2003-cü ildə başlayan İvanonic 2008-ci ildə birinci sıraya qədər yüksəlib. Hazırda tennisçi qadınlar arasında dünya sıralamasında 63-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, A. İvanoviç iyul ayında Almaniya millisinin ulduz futbolçusu Bastian Şvaynştaygerlə ailə qurub.
Anar
Gununsesi.info