
‘Kiralık Aşk’ serialında Koriş xarakteri ilə məşhurlaşan Onur Büyüktopçu da Fransada 84 nəfərin ölümünə səbəb olan dəhşətli terror yerində olub. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anında meneceri ilə danışan aktyor “İnsanları biçirlər, hər tərəfimizdə ölürlər, evə gedə bilmirik” dedikdən sonra telefonunu söndürürb. Dünən axşamdan bəri Onur Böyüktopçudan xəbər yoxdur.
Xəyalə Xanəziz