
Məşhur ukraynalı müğənni, “Eurovision 2016”-nın qalibi Camala Rusiyada axtarışa verilib.
Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, o, “Rusiya ordusuna qarşı saxta məlumatlar yaymaqda”da ittiham olunur. Lakin bu barədə rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, Camala 2023-cü il oktyabrın ortalarında axtarışa verilib. Noyabrda isə o, qiyabi həbs olunub.
Onu da qeyd edək ki, 2022-ci ildə bir çox digər ukraynalı artistlər kimi Camalanın da Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.
Sənətçinin özü bu xəbərə çox lakonik reaksiya verib. O, İnstaqram səhifəsində Avstraliyadan bir fotoşəkil yayaraq axtarışa verilməsi ilə bağlı xəbərin skrinşotunu əlavə edib və facepalm şəklində bir emoji qoydu.
