Televiziya verilişlərinin birində qonaq olan məşhur vəkilin dediyi sözlər böyük reaksiyaya səbəb olub. Hadisə Misirdə baş verib.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, “çırıq şalvar geyinən qadınlara təcavüz edilməsi vətən borcudur” deyən vəkil Nəbi əl-Vəhşlə bağlı polisə şikayət edilib.
Belə ki, verilişdə seks köləliyi müzakirə edilərkən vəkilin bu dedikləri hər kəsi şoka salıb:
“Kürəyinin yarısı görünən və çırıq şalvar geyinən qızın küçədə getdiyini görəndə xoşbəxt olursunuz? Məncə, bir qız belə geyinib, gəzəndə ona təcavüz etmək vətənpərvərlik borcudur və milli vəzifədir”.
Gununsesi.info