Məşhur vəkildən Tofiq Yaqublu çağırışı - ONUN HƏYATINA QIYMAYIN

Barəsində çıxarılmış məhkəmə hökmünə etiraz esən tanınmış siyasi xadim Tofiq Yaqublu aclığının 8-ci gününə keçir.Ötən müddət ərzində dünyanın bir sıra nüfuzlu qurumları və yerli ictimaiyyət təmsilçiləri Yaqublu barəsində hökmü pisləyərək ona azadlıq tələb edib.Ölkənin görkəmli vəkillərindən biri olan Adil İsmayılov da bu haqda danışıb.

Gununsesi.info-nun xəbərinə görə, Adil İsmayılov Yaqublunun azad edilməsini dəstəkləyən istənilən şəxsin kimliyindən asılı olmayaraq təqdir olunmalı olduğunu deyib:

”Söhbət şəxsin və xüsusən də cəmiyyət üçün dəyərli şəxsin həyatından gedirsə, onun ölüm-qalım məsələsi müzakirə olunursa həyata səs verən hər bir şəxsin səsi dəyərlidir. Bütün umu-küsüləri bir kənara qoyub Tofiq bəyin həyatını xilas edəcək istənilən məqbul yola baş vurulmalıdır. Hamıya aydındır ki, məsələnin müsbət həlli dövlət başçısından asılıdır. Hesab edirəm ki, müraciət edənlərin sayı nə qədər şox olacaqsa daha tez eşidiləcək.Tofiq bəyin həyatına qıymayın!”

Gununsesi.info