Məşhur yarımmüdafiəçi futbolla vidalaşır

Məşhur yarımmüdafiəçi futbolla vidalaşır

Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Maykl Kerrik 2017/18-ci il mövsümü başa çatdıqdan sonra karyerasını başa vuracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sky Sports”a klubun baş məşqçisi Joze Mourinyo bildirib.

Onun sözlərinə görə, 36 yaşlı futbolçu klubun məşqçilər heyətində yer alacaq.

2006-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyan M.Kerrik 314 matçda meydana çıxıb və 17 dəfə rəqib qapılarına yol tapıb.

Gununsesi.info

COMMENTS