Məşhur yutuber evində ölü tapıldı

21 yaşlı məşhur yutuber Kristina Kika Dukiç Belqraddakı evində ölü tapılıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, gənc fenomenin ölüm xəbərini anası Nataşa açıqlayıb.

HTML tutorial

İnstaqram, Yutub və Tvitterdə bir milyondan çox izləyicisi olan Kristinanın intihar etdiyi bildirilib.

Gənc fenomenin dostları Kristinanın bir neçə ildir kiber zorakılıqla mübarizə apardığını deyiblər. Bir müddət nifrət dolu şərhlər alan Kristinanın zorakılığa dözmədiyi üçün intihar etdiyi iddia edilib.

Serbiya Daxili İşlər Nazirliyi gənc fenomenin ölümünün araşdırıldığını açıqlayıb.

Gununsesi.info