
İspaniya La Liqasının 11-ci turunda “Sevilya” – “Barselona” oyununu izləyənlər arasında məşhur aktyorlar da olub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, qonaqların 2-1 hesablı qələbəsi ilə bitən matçda “Taxt oyunları” serialının aktyorları da iştirak edib.
Əndəlüsdə çəkilişləri davam edən məşhur serialın yaradıcı heyəti üçün VİP otaqda yer ayrılıb. “Sevilya” klub prezidentinin xüsusi qonaqları arasında aktrisa Emilia Klark, aktyorlar Piter Dinkleyc, Nikolay Koster-Valdau, Kit Harinqton və digərləri olub. Təəssüf ki, məşhurların gəlişi klubun qələbə qazanmasına kömək olmayıb.
Gununsesi.info