Məşhurlardan sevgilisini döyən aktyora SƏRT SÖZLƏR

Türkiyəli məşhur aktyor Ozan Güvənin sevgilisini döyməsi ilə bağlı xəbərlər davam edir. Sevgilisi Deniz Bulutsuz şiddətlə üzləşdikdən sonrakı görüntülərini mediaya təqdim edib. 

Gununsesi.org xəbər verir ki, bu görüntülərin ardından bir çox məşhurlar sosial media hesablarından çağırışlar ediblər. Həmin çağırışlarla qadına şiddətin pislənilməsi məsələsi yenidən gündəmə gəlib. 

Qeyd edək ki, Deniz Bulutsuza dəstək olan məşhurlar sırasında aktrisa Sıla, Demet Özdemir və müğənni Hadisə də var.

Gununsesi.org