Məşhurların acınacaqlı həyat hekayələri

  • By admin
  • 08 Oktyabr 2016 13:54

cakir

Bir çox məşhur hər zaman xoşbəxt görünsə də əslində onların pərdə arxasında çox hüzünlü həyat hekayələri vardır.

Məşhurlar parlaq həyatlarına baxmayaraq, içlərində böyük hüznlər saxlayırlar. Pul ilə satın ala biləcəkləri hər şeyə sahib olsalar belə, keçmişlərindəki o qaranlıq kölgədən əsla xilas ola bilmirlər.

Gununsesi.info acınacaqlı həyat hekayələri olan məşhurlardan 7-sini təqdim edir:

Demet Akalın

demet

1975-ci il idi. Demet Akalının iki yaşı var idi. Anası, atası və bibisi onu nənəsinin yanına qoyub yeni il şənliyinə gedirlər. Qayıdarkən avtomobil qəzasına düşürlər. Təcili yardım maşını ilə onların üçünün də meyitini morqa aparırlar. Demetin dayısını meyitləri təsbit etməyi üçün morqa çağırırlar. O, bir anda bacısının hərəkət etdiyini görür. İşçilər Akalının anasının da öldüyünü zənn edərək onu morqa aparıblarmış. Demet Akalın anası Şenay Akalının vəziyyəti ağır olsa da o, qızına görə həyata tutunur. Həmin gündən sonra isə o, Demetə həm ana, həm ata olur.

 

Oqtay Kaynarca

cakir

Oktay Kaynarcanın filmi xatırladan həyatı atasını itirdiyi zaman söylədiyi “Həm atamı, həm də əmimi itirdim” sözləri ilə ortaya çıxıb.

Kaynarca 5 yaşında idi. Ana və atasıyla birlikdə Berlində yaşayırdı. Kaynarcanın İstanbulda yaşayan əmisi Adil Kaynarca həyat yoldaşını tətil üçün Berlinə göndərir. Kaynarcanın atası qardaşının arvadını qarşılamaq üçün hava limanına gedir. Dönərkən avtomobil qəzası baş verir. Onların hər ikisi də həyatlarını itirir. Böyük kədər yaşayan ailə gənc yaşda dul qalan gəlinləri Nursel ilə (Oqtayın anası) arvadını itirmiş oğulları Adili (Oqtayın əmisi) evləndirməyə qərar verirlər.

5 yaşındakı Kaynarca illərlə əmisini atası kimi bilib. Gerçək isə ona illər sonra deyilib.

 

Acun Ilıcalı

acun

Yol qəzaları Acunun həyatında çox böyük itkilərə səbəb olub.

Acunun nənəsi və babası yolun digər tərəfinə keçərkən sürətlə gələn bir avtomobilin altında qalaraq can veriblər.

Ancaq qorxunc hadisələr Acunun ailəsinin yaxasını buraxmayıb. İllər sonra o, anası ilə atasını da avtomobil qəzasında itirib. Qızı Banu isə şans əsəri həyatda qalıb. O, illər sonra keçirdiyi ağır motosiklet qəzasında isə arxasında oturan ən yaxın dostunu itirib. Ilıcalı başına gələnlərə baxmayaraq həyata möhkəm tutunmaqdan əsla əl çəkməyib.

 

Ebru Gündeş

ebru

Ebru Gündeşin alkoqolik atası hələ o, 4 yaşındaykən ailəsini tərk edib. Gündeş şöhrət olduğu illərdə atasının öldüyünü deyərək mətbuatdan gizlədib. Hətta o, atasının məzarının başında dua edib, pozlar belə verib. Atası Remzi Gündeş illər sonra ortaya çıxıb. 27 yaşında Vedat adlı bir qardaşı olduğunu Ebru Gündeş elə həmin vaxt öyrənib. O, hələ də atasını əfv etməyib və onunla görüşü rədd edir.

 

Marlon Brando

marlon

1990-cı ildə Marlo ailəsi ilə birlikdə şam yeməyinə gedir. Onun qızı Cheyenne isə onu tez-tez döyən sevgilisi Dag Drolleti də yanında yeməyə gətirir. Aktyorun oğlu da həmin yeməyə qatılır. Və yemək zamanı o, bacısının sevgilisini silahla başından vuraraq öldürür. Sonradan o, bunun qəza olduğunu desə də 10 il həbs cəzası alır. Narkotik aludəçisi olan Cheyenne isə bu hadisənin təsirindən çıxa bilmədiyi üçün tez-tez intihara təşəbbüs edir. O, jurnalistlərə verdiyi reportajda yaşadıqlarında tək günahkarın atası olduğunu deyir. Bu reportajdan 5 ay sonra isə Marlonun qızı evində özünü asaraq intihar edib.

 

Şarliz Teron

charlize

Cənubi Afrikanın Benoni şəhərində doğulan Teronun həyatı atasına görə çətiniklərlə dolu olub. Atası Teronun ona və anasına həm fiziki həm mənəvi işgəncələr verən atası var idi. Teron 15 yaşındaykən anası və atası dava etməyə başlayır. Və anası atasını vuraraq öldürür. Özünü müdafiə olduğu üçün anası həbs olunmur. Gənc yaşında atasız qalan Teronun həyatı o gündə sonra daha da çətinliyə doğru gedir. Amma o, həm şansı, həm də əzmi sayəsində taleyini dəyişdirməyi bacarır.

 

Roman Polanski

roman

8 avqust 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin doğumuna iki həftə qalmışdı. Şaron Teyt evində oyunçu yoldaşları ilə birlikdə idi. Gecə yarısı müğənni Çarliz Manson evə daxil olaraq Şaron Teyti və yoldaşlarını vəhşicəsinə qətlə yetirib. Tate 5-i ölümcül olmaqla 16 dəfə bıçaqlanmışdı. Polanski qatillər tapılanacan ciddi psixoloji sarsıntı yaşayıb.

Gununsesi.info