Məşhurun “İnstagram”da paylaşdığı şəkil onun haqqında təhqiqat başladılmasına səbəb oldu

  • By admin
  • 04 Yanvar 2023 12:32

Türkiyədə tanınmış dizayner Eda Taşpınarın “İnstagram”da paylaşdığı foto onun üçün mənfi nəticələnib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, çəkdirdiyi fotonu paylaşdıqdan sonra Eda haqqında təhqiqat başladılıb.

Buna səbəb onun İstanbulda “Sultan Əhməd”dəki “Four Seasons Hotel”in içindəki tarixi bir ibadətxanada çəkilən şəkil olub.

Bəzi sosial media istifadəçiləri tərəfindən “məscidə hörmətsizlik etdi” yazılarından sonra Taşpınar fotonu hesabından silib.

“DHA”nın xəbərinə görə, İstanbul Cümhuriyyət Başsavcılığı tərəfindən onun bu paylaşımı səbəbi ilə təhqiqat başladıldığı bildirildi.

Taşpınara TCK-nın (Türk Ceza Kanunu) 216-cı maddəsi ilə (xalqı kin və düşmənliyə təhrik etmə, aşağılama) cinayət işi başladılıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info