
“Peşmərgə qüvvələri İŞİD-dən azad etdiyi Kərkük və Sincar bölgəsindən əsla çəkilməyəcək. Razılaşmaya görə, bu bölgələr Peşmərgə güclərinin müdafiə xəttinə daxildir”.
Gununsesi.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bunu İraq-Kürd Regional Rəhbərliyinin (İKBY) başçısı Məsud Bərzani deyib:
“Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı uğurla davam etdirilir. Hazırda hərbi əməliyyatların I və II mərhələsi uğurla başa çatıb. Təxmin etdiyimiz kimi əməliyyat çox çətin keçdi.Yaşayış məntəqələrinə doğru irəlilədikcə ləngimələr oldu. Çünki şəhər daxilində və xaricində əməliyyatlar bir-birindən fərqlənir. İraqdakı durumu ümumilikdə müsbət qiymətləndiririk” – deyə, M. Bərzani sözlərinə əlavə edib.
Anar
Gununsesi.info