Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

17 Avqust 2016 - 17:07

Məşuqəsini öldürən kişi həbs olundu

ayka

 

 

Xəzər rayonu Mərdəkan qəsəbəsində qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub. Qətlə səbəb isə əvvəllər məhkum olunmuş Altay Həsənovla Yasəmən Novruzovanın arasında  ailə-məişət münaqişəsinin baş verməsi və qətlində bu səbəbdən baş verdiyi güman edilir. Meyidə baxış keçirən ekspertlərin rəyinə əsasən Altay Həsənov. Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib. Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Qeyd edək ki, 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə olub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkumluq həyatı yaşamış Altay Həsənov artıq saxlanılıb. O qadının onunla pis danışdığı həyətdə olan dəmir turba ilə döyərək qətlə yetirdiyini deyib. Altay Həsənov qadını öldürdükdən sonra polisin qətildən xəbər tutmaması üçün təcili tibbi yardıma xəbər vermədiyini bildirib.

Artıq onun barəsində Xəzər rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.