Mətbuat Şurasından referendum - Hesabatı

  • By admin
  • 26 Sentyabr 2016 16:10

metbuat-shurasi-1

“Saat 16:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb”.

Bu barədə Gununsesi.info-ya Mətbuat Şurasından məlumat verirlib. Bildirilib ki, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Nəsimi və Nərimanov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, MŞ İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Aqil Abbas Səbail, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “APA Holdinq”in rəhbəri Vüsalə Abışova Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Xətai, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Yasamal, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində olaraq səsvermənin gedişini izləyib, həmçinin jurnalistlərə yaradılmış şəraitlər tanış olublar.
Qeyd edək ki, Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərir. Referendumu işıqlandıran jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

Gununsesi.info