Mətbuat Şurasının Nizamnaməsinə dəyişdirildi

  • By admin
  • 10 Mart 2018 14:00

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi qərara alınıb. 

Gununsesi.info-nun məlumatına görə, bu barədə məsələ Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında müzakirəyə çıxarılıb.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alıb.

Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildiriblər və təklif qəbul olunub.

Gununsesi.info