

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Tehrana bir həftəlik səfərə gedir.
Bunu Gununsesi.info-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, səfərdə əsas məqsəd noyabrın 5-dən 10-dək Tehranda təşkil olunacaq Media və Xəbər Agentliklərinin Beynəlxalq festival-sərgisində iştirka etməkdir. Ə.Amaşov bildirib ki, sərgi çərçivəində müxtəlif görüşlər nəzərdə tutulub və İranın müxtəlif media qurumlarının, o cümlədən KİV orqanlarının rəhbərləri ilə görüşlər keçiriləcək. Bu görüşlərdə rəhbərlik etdiyi qurumun fəaliyyəti,iki ölkənin media təşkilatları və media orqanları arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.
Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycanın media nümayəndələri dünyanın müxtəlif ölkələrinin media quruluşları ilə əlaqələr qurur və bu yoll ölkələr arasındakı münasibətlərin inkişafına təkan verdiyi kimi, belə bir əlaqələrin qonşu ölkə olan İranın kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə qarşılıqlı təmaslar da olduqca vacibdir.
“İran və Azərbaycan müştərək tarixə, mədəniyyətə, dilə və dinə malik olduğumuzdan, bu müştərklikdən yararlanıb iki ölkənin media qurumları arasında əlaqələrin inkişaf etdirilməsinə nail olmalıyıq. Hesab edirəm ki, hazırda hər iki ölkənin jurnalistləri özlərinin yaradıcılıq məhsulları ilə ənənələri yaşatmalı, eyni zamanda təcrübə mübadiləsi aparmalıdırlar. Keçirəcəyim görüşlər də bu istiqamətdə olacaq.
Biz gərək son illərdə iki ölkə arasında yaranmış imkanlardan istifadə edib, media qurumları arasında münasibətləri inkişaf etdiməklə Azərbaycan həqiqətlərini İran cəmiyyətinə çatdırmağı bacarmalıyıq. Həmçinin iki ölkə arssındakı münasibətlərin müsbət məcrada inkiaşfına təkan verməliyik” – deyə, MŞ sədri əlavə edib.
Görüşlərdə eyni zamanda yaxın gələcəkdə İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalistlərin qarşılıqlı səfər proqramının gerçəkləşdirilməsi, habelə media təmsilçilərinin iştirakı ilə birgə konfransların təşkili məsələləri də müzakirə ediləcək.
Mürtəza
Gununsesi.info