Məvacibini ala bilməyən fəhlə tanışları ilə iş yerindən oğruluq etdi- FOTOLAR

  • By admin
  • 23 Avqust 2016 17:05

oqru-2

Məvacibini ala bilməyən fəhlə iş yerindən oğruluq edib.

Gununsesi.info-nun məlumatına görə, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edən  vətəndaş rayon İcra Hakimiyyətinin nəzdində olan Təmir- Abadlıq İdarəsinə məxsus anbardan oğurluq olunması barədə məlumat verib.

Sözügedən əraziyə baxış keçirən polis əməkdaşları anbarın giriş qapısının sındırıldığnı müəyyən ediblər. Oğrular oradan idarəyə məxsus hər birinin dəyəri 50 manat dəyərində olan 25 kq çəkidə 33 qutu ağardıcı emulsiyaları, dəyəri 10 manat olan 3 ədəd PVA yapışqanları və dəyəri 2 manat 50 qəpik olan 7 ədəd fırçanı aparıblar. Ümumilikdə naməlum şəxslər idarəyə 1697 manat ziyan vurtublar. Rayon Polis İdarəsinin əməliyyatçılarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğruluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri  olan Vaqi Alıyev, Tural Hüseynov, Qadir Əliyev və Qorxmaz Həsənov saxlanılıblar.

İlkin dindirilmə zamanı məlum olub ki, oğruluğu sözügedən idarədə işləyən işçi Tural Hüseynov planlaşdırıb. Daha sonra götürdükləri tikinti materiallarını sataraq pulları aralarında bölüblər. Artıq faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb və araşdırma aparılır.

oqru-1

oqru-3

Gununsesi.info