Məzahir Pənahov iddialara cavab verdi

  • By admin
  • 12 Aprel 2018 13:29

Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib.

Gununsesi.info-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkilərdə müşahidə aparıb və bütün müşahidəçilər seçkiləri yüksək qiymətləndirib.

“Seçki ilə əlaqədar məsuliyyəti olan bütün dövlət qurumları öz işlərini layiqincə yerinə yetiriblər. Onun sözlərinə görə, seçkilərdə hansısa xoşagəlməz hal müşahidə edilməyib, MSK-ya hər hansı bir qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmayıb“.

M.Pənahov sosial şəbəkələrdə yayılan bəzi məlumatlara da münasibət bildirib.

“Pozuntu olubsa, dərhal araşdırılmalıdır. Seçki məntəqələrinin biri ilə bağlı məlumat paylaşılmışdı, həmin məlumat araşdırıldı. Məlum oldu ki, deyilənlər həqiqəti əks etdirmir”.

Gununsesi.info