
“Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir”.
Gununsesi.info məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdəki həmin insanlar əslində özlərini hörmətdən salırlar: “İctimai Televiziyada debatlar zamanı isə müəyyən kənara çıxmalar, xoşagəlməz hallar olsa da, bu, ciddi xarakter daşımır.”Hər şey çox yaxşıdır” demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.
Gununsesi.info