Məzahir Pənahov Meksika səfiri ilə görüşüb

  • By admin
  • 01 Fevral 2018 17:54

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, M.Pənahov bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

Meksikanın Azərbaycandakı səfiri R. Labardini öz ölkəsindəki seçki prosesi haqqında danışaraq Azərbaycanda keçirilən seçkilərlə maraqlanıb. M. Pənahov Azərbaycanın seçki sistemindən əhatəli bəhs edib. O, diqqətə çatdırıb ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar MSK artıq seçki hazırlıqlarına başlayıb, ilkin mərhələdə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə bir sıra irimiqyaslı layihələr üzərində də iş aparılır.

Görüşdə qurumlararası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Gununsesi.info