Məzahir Pənahov: “Heç kimdən çəkinəcəyimiz yoxdur” – Seçkidəki şikayətçilər barədə

  • By admin
  • 15 Fevral 2020 14:59

Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti göz qabağındadır, tam qanunidir və bizim heç kimdən çəkinəcəyimiz yoxdur.

Gununsesi.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, əgər qanun pozuntusu olsaydı, beynəlxalq təşkilatlar dünyaya car çəkərdilər.

M.Pənahovun sözlərinə görə, ola bilsin ki, kimlərsə bu və ya digər məqsədlərlə təxribat xarakterli addımlar atsın: “Biz bunu nəzərə almalıyıq və diqqətli olmalıyıq”.

Qeyd edək ki, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir. İclasda MSK-ya daxil olan müracitlərlə bağlı qərar qəbul ediləcək.

Gununsesi.org