
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Gununsesi.org xəbər verir ki, əvvəlcə Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı Milli Məclisinin 22 oktyabr 2019-cu il tarixli qərarını Komissiya üzvlərinin diqqətinə çatdırıb.
Sonra sədr Məzahir Pənahov Rövzət Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan Katibliyin müdiri vəzifəsinədək yüksəlib.
Komissiya üzvləri R.Qasımovun sədr müavini vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul edilib.
Gununsesi.org