Məcburi köçkün “Azərişıq”dan prezidentə şikayət etdi - "Mənə verilən çörək pulu da yola xərclənir"

  • By admin
  • 25 Oktyabr 2016 16:46

azerisiq

Bu günlərdə redaksiyamıza Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Kəlbəcər rayon sakini Nadir Şahzadəyev tərəfindən şikayət məktubu daxil olub. 

Gununsesi.info xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkün N.Şahzadəyev Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Goranboy rayon Elektrik Şəbəkəsindən şikayətçidir.

Gununsesi.info Kəlbəcər rayonundan olan məcburi köçkün N.Şahzadəyev şikayət ərizəsini olduğu kimi təqdim edir:

“Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq ata-baba yurdum olan Kəlbəcər rayonundan didərgin düşərək, Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsinə pənah gətirərək məcburi köçkün kimi köhnə inzibati binada məskunlaşmışıq. Həyatı boyu halal zəhməti hər şeydən üstün tutaraq ailəmi alın tərimlə, əl qabarımla dolandırmışam. 2010-cu ildə məskunlaşdığım  Aşağı Ağcakənd qəsəbəsində Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Goranboy rayon Elektrik Şəbəkəsinin 110/10 kv-luq “Xocalı “ yarımstansiyasında növbətçi elektrik mantyoru vəzifəsində çalışırdım. Bu müddət ərzində işimin öhdəsindən layiqincə gəlmişəm. Çox təəssüflər olsun ki, 15.01.2016- cı ildə məni məcburi qayda da Goranboy rayon Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyev işlədiyim ərazidən 57 ( əlli yeddi ) km uzaq məsafədə olan Goranboy rayonun Xanqərvənd kəndində yerləşən yarımstansiyaya göndərdi. İşə və evə gedib-qayıtmaq 114 km-dən artıq yol idi. Bir aya 22-23 gün iş günüdür. İşə gedib evə qayıtmaq mənə çətinliklər yaradırdı. Çünki hal–hazırda 2 övladım Gəncə şəhərində ali təhsil alır,1-i isə qəsəbə tam orta məktəbinin 11- ci sinifdə oxuyur və ali məktəbə hazırlaşır. Himayəmdə 82 yaşlı xəstə atam var. Mənə verilən əmək haqqı isə gedib evə qayıtmağa çatırmırdı. Biz məcburi köçkünlərə verilən çörək pulu da yola xərclənirdi. Bir günə 13- 15 manat xərclənirdi. Çünki iş saat 8 də başlayırdı. Yaşadığımız qəsəbə dağlıq ərazi olduğu üçün nəqliyyat vasitələrindən istifadə edə bilmirdim. Məcbur idim ki, taksi ilə işə gedəm. Yaşadığımız Aşağı Ağcakənd qəsəbəsi düşmənlə üz- üzə cəhbə bölgəsi olduğu halda məcburi köçkünlüyümüzün, maddi vəziyyətimizin çox aşağı olduğu halda həyatda yaşamağımızın necə maraqsız olduğu yəqin ki, hamımıza yaxşı məlumdur. Vəziyyətin çətinliyini görüb bu gün vətənə havayla su kimi lazım olan övladlarımı ali təhsildən yarımçıq ayırmaq qərarına gəlirəm. Çünki onların təminatını ödəməyə maddi imkanım yoxdur. Halbuki hazırda gənclər, o cümlədən ali təhsillilər dövlətimizin, xalqımızın dayağı, sütunu hesab olunur. Bir halda ki, mənə verilən əmək haqqı və məcburi köçkünlük üçün verilən çörək pulu xəstə atamın dərman pulunu ödəmirsə, onda hansı vətəndaşlıqdan, hansı yaşayış şəraitindən danışmaq olar. Vəziyyətimizin çətinliyi dözülməzliyi haqqında Ziya Quliyevə dəfələrlə müraciət etdimsə də, yaramaz sözlərlə cavab aldım. Hətta mənə dedi ki, gedib- doğma Kəlbəcərində işləyərsən. Onun belə deməsi ermənilərin bizim başımıza açdığı müsibətlərdən də daha çox- çox ağır təsir etdi. Məcbur oldum ki, vəziyyətimizin çətinliyi və dözülməzliyi haqqında aidiyyatı rəhbərliklərə müraciət edim.

06.08.2016- cı ildə Mingəçevir şəhərində yerləşən Mərkəzi Aran  Regional Enerji və Satışı İdarəsinə məktub ünvanladım.

08.08.2016- cı ildə tələbə və məktəbli övladım təhsili yarımçıq qalmaması üçün hörmətli Cənab Prezidentimizə və Təhsil Nazirliyinə məktub ünvanladılar.

27.08.2016- cı ildə özüm hörmətli Cənab Prezidentimizə və “Azərişıq” ACS-yə məktubla müraciət etdim. 08.10.2016-cı il və 14.10.2016- cı ildə  Cənab Prezidentə, 21.10.2016- cı ildə 3-cü dəfə Cənab Prezidentə teleqram ünvanlamışam.

Məktub və teleqramları xəbərnaməli müraciət etsəmdə, idiyə qədər həmin instansiyalardan mənə heç bir cavab, nə də çağırış vərəqəsi gəlməmişdir. Bu müraciətlərdən sonra 17.10.2016- cı il tarixdən məni qərəzli şəkildə xəbərim olmadan Şəbəkə rəisi Ziya Quliyev əmək müqaviləmə xitam vermişdir. Əmək müqaviləsini 15.01.2016- cı ildə 1 il müddətinə imzalamışdım. Axı o mənim işdə qalıb- qalmamağım haqqında rəyimi bilməli idi. Əgər müqavilə vaxtı bitmişdirsə mənimlə bərabər 15.01.2016-cı ildə 5 nəfər müqaviləyə eyni vaxt və eyni saatda imza etmişik. Bəs onların müqaviləsi nə üçün bitməyib. O Ziya Quliyev ki, qaçqın və məcburi köçkünləri görməyə zərrə qədər gözü olmayıb. Zənn edirəm ki, ərizə və teleqramları hörmətli Cənab Prezidentimizə çatırmayıblar. Odur ki, kövrək duyğularımızın, istək və arzularımızın qarantı kimi mənə qarşı qərəzçilik mövqeyində edilən bu haqqsızlıqları, öz başınalığı Cənab Prezidentimizin şəxsən özünə və cavabdeh aidiyyatı yerlərə çatırmağınızı Sizdən xahiş edirəm”.

nadir

Hörmətlə;

Şahzadəyev Nadir;