“Məcburi köçkünlər öz yurdlarına qaytarılacaq” - POLAD BÜLBÜLOĞLU

  • By admin
  • 12 Noyabr 2020 17:35

“Münaqişənin qaynar mərhələsi indicə başa çatıb. Öz yurd-yuvalarından didərgin salınanların hamısı geri qaytarılacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı bildirib.

“İnsanlar tezliklə doğma diyara qayıtmaq istəyir. Lakin bunun üçün müvafiq infrastruktur qurulmalı, hakimiyyət orqanları yaradılmalıdır, bu da asan məsələ deyil. Əminəm ki, vaxtilə orada yaşayanlar məmnuniyyətlə geri qayıdarlar. Dünyasını dəyişənlərin isə övladları, nəvə-nəticələri artıq böyüyüb və dədə-baba yurduna qayıtmaq üçün səbirsizliklə məqam gözləyirlər”, – səfir qeyd edib.

 

 

 

Gununsesi.info