Mədəniyyət Nazirliyində daha bir təyinat

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müdir təyin olunub.

Gununsesi.info-xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, A.Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci ildən  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının  yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.

Gununsesi.info