Mədəniyyət Nazirliyində kadr TƏYİNATI

  • By admin
  • 11 Sentyabr 2020 12:28

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub. 

Gununsesi.info bildirir ki, bununla bağlı məlumat Nazirliyin rəsmi saytında dərc edilib. 

Bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əliyev Cavid Fikrət oğlu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

C.Əliyev son təyinatadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.

Gununsesi.info