Məhərrəm İncədən Ərdoğanın prokurorluğa verdiyi aktyorlara dəstək - DEMOKRATİYA QAZANACAQ

  • Müəllif: admin
  • 25 Dekabr 2018 18:12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son prezident seçkilərində rəqibi olmuş Məhərrəm İncə prokurorluqda barələrində araşdırma başayan məşhur sənətçilər Mətin Akpinar və Müjdad Gezenin müdafiəsinə qalxıb.

Qeyd edək ki, Türkiyənin məşhur simaları olan bu aktyorlar prezidenti sərt tənqid ediblər.

Gununsesi.org isə bildirir ki, özünün instagram hesabında Məhərrəm İncə hər iki sənətçini ölkəsinin hafisəzsi kimi qiymətləndirib: “Mətin Akpinar və Müjdad Gezen Türkiyənin hafizəsidir. . Susturmağa çalışdığınız Mətin və Müjdad abi deyildir: Sənətdir, azadlıqdır, fikirdir. Gec ya tez, demokratiya qazanacaq”.

Qeyd edək ki, CHP-li siyasətçinin bu paylaşımını 500 min nəfərə yaxın şəxs bəyinib.

Gununsesi.org