MƏHƏRRƏM TALIBOVUN ŞİRKƏTİNDƏ YOXLAMALAR… - Bölgədə bu sahəni inhisara almışdı (Yenilənib)

Özünü Naxçıvanda fəaliyyət göstərən “Sürət Kargo” MMC-nin sahibi kimi təqdim edən Orxan Əliyev şirkətdəki yoxlamalarla bağlı xəbərə reaksiya verib.

Qeyd edib ki, “Sürət Kargo” MMC-ni 2017-ci ildə qurub: “Bu şirkətin Talıbovlar ailəsinə heç bir aidiyyəti yoxdur. Sadəcə şirkətimin yerləşdiyi bina Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur. İnsanlarda belə bir təsəvvür yaranır ki, şirkət Talıbovlar ailəsinindir. Naxçıvanda aparılan yoxlamaların mənim şirkətimlə heç bir əlaqəsi yoxdur”.

***

Naxçıvanda “Sürət Kargo” MMC-nin ofisində yoxlamalar başlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.

Məlumata görə, adıgedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. “Sürət Kargo” MMC Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçmiş və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə inhisarçı kimi tanınır.

Son anda aldığımız məlumata görə, “Sürət Kargo” MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.

Gununsesi.info