Məhbusları daşıyan vaqon yandı

  • By admin
  • 10 Noyabr 2017 09:46

Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb.

Gununsesi.info xəbər verir ki, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.

Karaul rəisi dərhal nəzarəti gücləndirərək, məhbusların təxliyəsini təşkil edib.

Alovun başqa vaqonlara keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Gununsesi.info