Məhkəmə sədri ola bilmədi, indi də diplomatlıq eşqinə düşüb - ZAKİR QARALOVUN SƏFİR ARZUSU GERÇƏKLƏŞƏCƏKMİ?

  • By admin
  • 11 İyul 2020 12:40

 

Uzun illər ölkənin prokurorluq orqanlarına rəhbərlik edən və bu sahəni rüşvət, korrupsiya yuvasına çevirən sabiq Baş Prokuror Zakir Qaralov indi də diplomat olmaq eşqinə düşüb. 

Bu barədə sabiq baş prokurora yaxın mənbədən Gununsesi.org-a göndərilən məlumatda deyilir.

Məluamata görə, Zakir Qaralov işdən kənarlaşdırılandan sonra yeni vəzifə iddiasına düşüb.

Əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrliyinə iddiasını ortaya qoyan Qaralov hakimiyyətdən “yox” cavabı alıb.

Qarşısına qoyulan arqument də bu olub ki, reputasiyası mənfi olan bir şəxsin məhkəmə sədri hakimiyyətin elan etdiyi məhkəmə-hüquq islahatları ilə bir araya sığmır.

İndi isə Qaralov diplomat olmaq eşqinə düşüb.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror Gürcüstana səfir göndərilməsi üçün çalışır.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfiri XİN rəhbərinin müavini Ramiz Həsənovun qardaşı Dursun Həsənovdur.

Məlumata görə, Zakir Qaralov Gürcüstanda yaşayan yaxınları vasitəsilə səfirin əleyhinə Bakıya  donos yazdırır.

Onun bu niyyətinin nə dərəcədə baş tutub-tutmaması isə yaxın zamanda bəlli olacaq.

 

Taryel

Gununsesi.org