Məhkəmə sədri övladının toyuna iki gün qalmış vətəndaşı həbsə yolladı

  • By admin
  • 11 İyun 2022 10:06

Azərbaycanda Yevlax Rayon Məhkəməsində çıxarılan  hökm ölkədə böyük rezonansa səbəb olub.

 

Gununsesi.info-nun xəbərinə görə, “Tərtər İşgəncələri”ni ictimailəşdirən ilk şəxslərdən biri hüquqşünas İlham Aslanoğlu (Təhməzov) övladının toyuna iki gün qalmış böhtan ittihamı ilə Yevlax Rayon Məhkəməsinin qərarı ilə 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məhz İlham Aslanoğlunun danışdırdığı zərərçəkmişlərin ifadələri əsasında Azərbaycan cəmiyyətində  “Tərtər cinayətləri” haqqında indiki təsəvvürlər formalaşıb.

Belə ki, bu işin ölkə  başçısınınu nəzarətinə düşməsində, istintaqın yenilənməsində adıçəkilən şəxsin  xüsusi rolu olub.

İlham Təhməzova qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə hökm çıxarılıb.

Hökmü məhkəmənin sədri Toğrul Əliyev çıxarıb.

Toğrul Əliyevin anti-humanist hökmü cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə buna münasibət bildirən ictimaiyyət nümayəndələri  məhkəmə sədrinin bu hökmü 2 gün ertələməməsini “Tərtər işgəncələri”nin başında duranların sifarişi kimi qiymətləndirib.

Afət Abbasova

Gununsesi.info