Məhkəmə təsdiqlədi: Mursiyə ömürlük həbs

  • By admin
  • 16 Sentyabr 2017 20:17

mursi700
Misir KİV-lərinin yaydığı məlumata görə, Qahirədə Apelyasiya Məhkəməsi Qətərin xeyrinə casusluğa görə azadlıqdan ömürlük məhrum edilən sabiq prezident Məhəmməd Mursi barədə hökmü qüvvədə saxlayıb.

Gununsesi.info xəbər verir ki, məhkəmə, həmçinin bu iş üzrə Misirin sabiq prezidentinin üç tərəfdarı barədə ölüm hökmünü təsdiqləyib. Bu cinayət işində Məhəmməd Mursi daxil olmaqla ümumilikdə 11 nəfərin adı keçib. Onlardan üçünü qiyabi mühakimə ediblər.

Sabiq prezident və Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatından olan tərəfdarları Mursi hakimiyyətdə olarkən dövləti zəiflətmək məqsədilə ölkənin xüsusi xidmət orqanlarına və ordusuna aid məxfi sənədləri toplamaqda və Qətər kəşfiyyatına ötürməkdə ittiham ediliblər.

 

Gununsesi.info