Məhkəmə Turanı öldürən Ruslan barəsində QƏRAR ÇIXARDI

  • By admin
  • 30 Noyabr 2022 13:40

26 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan “Şağan olimpiya komleksi” MMC-nin inzibati binasının bir nömrəli zalında keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Səfixanov Ruslan Elçin oğlu 2006-cı il təvəllüdlü Rüstəmov Turan Zəka oğlunu bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum edib.

Gununsesi.info xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə bildirib.

O əlavə edib ki, ilkin istintaq zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verməsi müəyyən olunub və şübhəli şəxs qismində tutulan Səfixanov Ruslan ifadəsində qeyd edilən əməli törətdiyini etiraf edib: “28 noyabr tarixində Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Gununsesi.info