Məhkəmədə güldüyünə görə 1 il iş verildi

  • By admin
  • 16 Fevral 2018 14:55

Misirdə məhkəmə qeyri-adi qərar verib.

Gununsesi.info xəbər verir ki, Qahirə məhkəməsi hərbi yolla vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursinin də ittiham edildiyi 26 nəfərin məhkəməsində “Müsəlman qardaşları” təşkilatının siyasi qolu olan “Hürriyyət və ədalət” partiyasının rəhbəri 55 yaşlı Məhəmməd Biltaciyə güldüyü üçün “məhkəməyə hörmətsizlik” maddəsi ilə 1 il həbs cəzası verib.

Məhkəmə Biltacinin bir şahidə sual verərkən güldüyü üçün bu qərara gəlib.

Gununsesi.info