Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

  • By admin
  • 04 Yanvar 2022 14:00

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib.

Gununsesi.info “Milliyet”ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalət Məhkəməsinin qərarı ilə təzminat ölən 6 nəfərin həyat yoldaşları, qardaşları, uşaqları və qardaşı oğullarını əhatə edəcək. Pulun İrandan necə alınacağı isə hələlik bəlli deyil. Qəza qurbanların qohumlarının vəkili Mark Arnold deyib ki, onun komandası İran dövlətinin aktivlərinə, o cümlədən İranın Kanadadakı və xaricdəki neft tankerlərinə həbs qoymağa çalışacaq.
Qeyd edək ki, 2 il öncə Ukrayna Hava Yollarına məxsus “PS752” reysi havaya qalxdıqdan sonra iki raketlə vurulmuşdu. İran təyyarənin Amerika raketi ilə səhv salındığını bildirmişdi. Təyyarədə olan 176 sərnişin və ekipaj üzvlərinin hamısı həlak olmuşdu. Onlardan 35-i Kanada vətəndaşı idi.

Gununsesi.info