Məhkəmələrdə durum dəhşətdir - CAVAD CAVADOV

  • By admin
  • 22 Oktyabr 2021 22:28

Son zamanlar ölkənin məhkəmə sistemi ilə bağlı istər vəkillərin, istərsə də sadə insanların narazılıqları artmaqdadır.

Ölkənin tanınmış vəkillərindən biri olan Cavad Cavadov da özünün sosial şəbəkə hesabında bu problemə toxunub.

Gununsesi.info vəkilin qeydlərini təqdim edir:

Cinayət mühakimə icraatında məhkəmələrdə durum dəhşətdir.
Məhkəmələr ittiham aktını təsdiq etməklə məşğuldular. Ara-sıra bəraət hökmləri nadir tapıntı, sensasiya kimi qəbul olunur.
Tanıdığım bütün vəkillər bundan açıq narazılıqlarını bildirirlər.
Bu səbəbdən uzun-uzadı məhkəmə proseslərinin keçirilməsinə ehtiyac yoxdur. Təklif edirəm qanunvericiliyə dəyişiklik edilsin və aşağıdakı qaydada məhkəmə hökmləri çıxarılsın.

Gununsesi.info