Məhkəmənin azad etdiyi qadını prokuror yenidən həbs etdirdi

  • Müəllif: Firuzə
  • 18 Oktyabr 2026 10:18

Hicab qadağasına etirazlarla əlaqədar saxlanılan Mətanət Turan adlı şəxs barəsində Abşeron Rayon Şəhər Məhkəməsi ev dustaqlığı qərarı versə də, sonradan yenidən həbs edilib.

Gununsesi.info xəbər verir ki, prokurorun apellyasiya protestindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mətanət Turan barəsində ev dustaqlığı qətimkan tədbirini həbslə əvəzləyib və onun barəsində 2 ay meddətinə həbsqətimkan tədbiri seçilib.
Mətanət Turan Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə — ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə ittihamı ilə təqsirləndirilir.

Gununsesi.info