Məhşur müğənni həbs edildi

  • By admin
  • 02 Sentyabr 2016 22:14

atilla

 

FETÖ istintaqı çərçivəsində saxlanılan müğənni və köşə yazarı Atilla Taş haqqında həbs qərarı çıxarılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd edən qruplaşmaya üzv və onlara dəstək olmaq iddiası ilə saxlanılıb.

Bu gün İstanbul Cümhuriyyət Məhkəməsində Atilla Taşın da aralarında olduğu 12 jurnalist dindirilib. Məhkəmə onlardan Atilla Taş, Gökçe Fırat Çulhaoğlu, Dinçer Gökçe, İskender Yunus Tiryaki, Levent Arap, Murat Aksoy, Mutlu Çölgeçen və Ayhan Şimşekin həbs edilməsinə qərar verib.

Rasih Yılmaz, Abdullah Alparslan Akkuş, Ömer Şahin savcılıktan və Nurullah Öztürk isə sərbəst buraxılıb.

 

Gununsesi.info