Məkkə və Mədinədə küçəyə çıxmaq yasaqlanır

  • By admin
  • 25 Mart 2020 15:29

Səudiyyə Ərəbistanında kral Salman bin Əbdüləziz Al Səudun təlimatı ilə Riyad, Məkkə və Mədinə şəhərlərində küçəyə çıxmaq yasaqlanıb.

Gununsesi.org bildirir ki, “HaberGlobal”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin Mətbuat Katibi Məhəmməd əl-Əbd əl-Əli bəyan edib.

Onun sözlərinə görə, ölkəyə qonaq qismində gələn Əfqanıstan vətəndaşı koronavirus səbəbindən ölüb. Bundan başqa, ölkədə daha 205 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da yoluxma sayı 676-ya yüksəlib.

19.00-06.00 saatları üçün nəzərdə tutulan karantinin müddəti hələlik 21 gün müəyyən edilib. Qanunu pozanların cərimə olunacağı və həbslə cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

Gununsesi.org