Məktəbə getmək üçün 800 metr hündürlüyə qalxırlar - FOTOLAR

  • By admin
  • 09 Noyabr 2017 16:04
Çinin cənub-qərbində yerləşən, ətraf ərazidən təcrid olunmuş bir kənddə yaşayan uşaqlar məktəbə getmək üçün hər gün olduqca təhlükəli bir yola çıxırlar. Məktəbə getmək üçün onlar bir dağ aşmaq, buna görə yüzdən çox pilləsi olan bir nərdivanla yuxarıya qalxmaq məcburiyyətindədirlər.
Gununsesi.info xəbər verir ki, Atulər kəndinin uşaqları hər səhər 800 metr yüksəkliyi olan dağı aşaraq məktəbə gedirlər. Çox təhlükəli olan bu yolu onlar 90 dəqiqəyə qət edirlər. Bu təhlükəli yolda ən kiçik bir diqqətsizlik uşaqların ölümünə səbəb ola bilər. 72 ailənin yaşadığı kənddə ərazi dağlıq olduğu üçün məktəb binası tikməyin mümkün olmadığını bildirirlər. Kənd sakinləri indiyədək 8 nəfərin bu yolu gedərkən həyatını itirdiyini, bir çox adamın da yaralandığını söyləyirlər.
Uşaqların fotosunu çəkən Ken Jie bu mənzərəni görəndə şok olduğunu  vurğulayıb, həmin fotoşəkillərin kənd sakinlərinin taleyini dəyişdirəcəyinə inandığını ifadə edib.
“Kənd sakinləri gündə bir dollardan az qazanaraq yaşamağa çalışırlar. Onlar çox kasıbdırlar. Ətraflarında ancaq quru divarlar var.  Heç bir evdə mebel avadanlıqları yoxdur. Modern dünyada bu, necə mümkün ola bilər?”- fotoqraf Ken Jie açıqlamasında belə deyib.
Gununsesi.info