Məktəbə silahlı hücum, matəm elan edildi

  • By admin
  • 28 Mart 2023 10:15

ABŞ-ın Tennessi ştatında ibtidai məktəbdə baş verən atışmadan sonra ölkə daxilində bütün bayraqların yarıya qədər endiriləcəyi bildirilib.

Gununsesi.info xəbər verir ki,ABŞ prezidenti Co Bayden silahlı hücumda üçü uşaq olmaqla altı nəfərin öldürülməsindən sonra Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla bütün ictimai binalarda martın 31-də bayraqların yarıya endirilməsi əmrini verib.

Müvafiq olaraq, ABŞ-ın xaricdəki bütün səfirlikləri və konsulluqları, hərbi bazaları və donanma stansiyaları da daxil olmaqla bayraqlar eyni tarixdə yarıya qədər endiriləcək.

Qeyd edək ki, ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl xristian məktəbi olan The Covenant-a silahlı hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub.

Gununsesi.info