Məktəbəhazırlıq qrupları ödənişsiz olacaq

  • By admin
  • 17 Oktyabr 2016 17:22
mektebe
Gələcəkdə Bakıda qeydiyyatda  olmayan insanların övladlarının məktəbə hazırlıq qrupların cəlb olunmasında  problemlər olacaq.
Gununsesi.info xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Məktəbəhazırlıq qrupları haqqında məlumat verən M. Vəliyeva bildirib  ki, bu gün Bakıda 20400-ə yaxın uşaq məktəbəhazırlıq qruplarının təlimlərinə cəlb olunub. “Bu il  qruplara yalnız Bakı qeydiyyatı deyil, eyni zamanda paytaxtda qeydiyyatda olmayan şəxslərin övladları da cəlb olunub. Düşünürəm ki, bu gələcəkdə problem yaradacaq. Amma hələlik bu il üçün problemin öhdəsindən gəlmişik. 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb”.
Bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarının təşkil olunmaması ilə bağlı məsələyə aydınlıq gətirən M. Vəliyeva deyib ki, bu qruplar yaradılarkən əsas şərt məktəblərin bir növbəli çalışması olub. “Bu səbəbdən çox az sayda məktəbdə məktəbəhazırlıq qrupları təşkil edilməyib. Nazirlər Kabinetİnin qərarına əsasən, Bakı üçün bu il kvota 2422 uşağı əhatə edib. Yəni Bakıda 2011-ci ildə doğulan uşaqların 55%-i təlimlərə cəlb olunub. Növbəti illərdə təbii ki, bu say artacaq və 2020-ci ilədək 90%  uşağın ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur”.
Hazırlıq qrupların  gələckdə ödənişli olması ilə bağlı məsələyə aydınlıq gətirən M. Vəliyeva deyib ki, məktəbəhazırlıq qruplarının gələcəkdə ödənişli olması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır.
 Gununsesi.info