Məktəb direktorunun ad günündə iştirak edən Mətanət İsgəndərli cərimələndi - VİDEO

  • By admin
  • 23 Dekabr 2020 23:41

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədovanın məclisində iştirak edən müğənni Mətanət İsgəndərli cərimələnib.

Gununsesi.info bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.

Sənətçi 200 manat məbləğində cərimə olunub. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Gununsesi.info