Məktəb-lisey onlayn tədrisə keçdi

  • By admin
  • 06 Yanvar 2022 15:23

Bakı Şəhəri Məktəb Lisey Kompleksində müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunub.

Gununsesi.info-nun məlumatına görə, Bakı Şəhəri Nərimanov rayonu Gigiyena Epidemioloji Mərkəzi təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.

Bu gündən Bakıda COVID-19 infeksiyası səbəbi ilə məktəb-lisey fəaliyyətini distant formada davam etdirəcək.

Gununsesi.info