Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 22 Sentyabr 2020 12:15

Ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. 

Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirib ki, dünən nazirliyin yaydığı məlumatı məktəblərin bağlanması ilə bağlı hazırlıq tədbiri kimi təqdim etmək doğru deyil:

“Bu, həftəlik bir məlumatdır və biz bunu yaymaqla məlumat vermişik. Bu, məktəblərin yenidən bağlanması, əyani təhsilin məhdudlaşdırılması demək deyil”.

O qeyd edib ki, koronavirus aşkarlanan şagirdlər ev şəraitində yoluxublar.

Gununsesi.info