Məktəbli quldurluğa məruz qalıb? - NONSENS

  • By admin
  • 10 Fevral 2022 16:39

Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb.

Araşdırmalarla məlum olub ki məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, – deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddilar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib.

Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb.

 

 

Gununsesi.info