Məktəblini maşın vurub öldürdü

  • By admin
  • 12 Aprel 2021 19:12

Şəkidə velosipedçini avtomobil vuraraq öldürüb.

Gununsesi.info-nun   məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Əsəbəli Tütünçüyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, velosipedlə yolu keçmək istəyən Böyük Dəhnə kənd sakini, 11-ci sinif şagirdi Məhəmməd Namazovu vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info