Məlahət İbrahimqızı: “Biz Türkiyə ilə artıq bütünləşmişik “

  • By admin
  • 11 Avqust 2020 21:13
Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov ilk xarici səfərini Türkiyəyə etdi.
Azərbaycan Milli Məclisinin üzvü Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında bu səfər haqqında danışıb.
Yeni xarici işlər nazirimiz Ceyhun Bayramovun ilk xarici səfərini Türkiyəyə edəcəyi gözləniləndir. Azərbaycan və Türkiyədə artıq belə bir ənənə formalaşıb. Dövlət başçımız başda olmaqla ilk səfərlərini bir-birimizə edirlər. Türkiyədə də istər prezident olsun , istər parlament rəhbəri olsun , istər ayrı-ayrı nazirlərin ilk səfərlərini qarşılıqlı etməsi bizim qardaşlığımızın, bərabərliyimizin bir nümunəsidir. Daha doğrusu qardaşlığımızın, xalqlarımızın əbədiliyinə bir nümunədir. Eyni zamanda biz strateji müttəfiqik.
Azərbaycan bir sıra dövlətlərlə strateji müttəfiqlik sazişi imzalayıb. Hər zaman bu qardaşlıq, bərabərlik, birlik özünü göstərib. Biz bunu əsrin əvvəlində 1918-ci ildə baş verən olaylarda görmüşük. Azərbaycan xalqına qarşı daşnakların , imperialist güclərin dəstəyi ilə həyata keçirdiyi o qətliamlar, soyqırımlar zamanı Türkiyənin ağır zamanda olmasına baxmayaraq, daha doğrusu Osmanlı Türkiyəsinin dağılması, çağdaş dövlətin qurulması , olumla və ölümlə mübarizə apardıqları bir zamanda müxtəlif dörd tərəfdən Türkiyə üzərinə imperialist güclərin hücumu zamanı, Türkiyənin coğrafiyasının parçalandığı bir dövrdə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Türk ordusu Azərbaycana gəldi və bütün burda Azərbaycana qarşı divan tutan o qüvvələri darmadağın etdi.
Bu gün bizim bu yaşadığımız bu torpaq, ayağımızın altında olan bu vətən bizə vətən kimi ərmağan olunmasında Nuru paşanın rəhbərliyində olan türk əsgərinin hesabınadır bu gün Bakının ən gözəl ən yüksəkliyində 3 mindən çox şəhid türk əsgərinin məzarı var.
Və tarix təkrarlanır deyirlər… Bu 20-ci əsrin əvvələrində olan misaldır və eyni zamanda Azərbaycan əsgərləri də, Azərbaycan xalqı da bu qardaşlığı hər zaman Türkiyəyə göstərib. Yüzlərlə azərbaycanlı Çanaqqala savaşında qardaş Türkiyənin qorunması üçün mübrizəyə qatılıblar . Bu gün onlar da Çanaqqalada məzarlıqda uyuyurlar .
Mən bunu tarixdən misal olaraq çəkdim və bizim getdikcə qardaşlığımız, birliyimiz, bərabərliyimiz, strateji müttəfiqliyimiz çox sürətlə yüksələn xətlə davam edir. Bunu mən xüsusi olaraq vurğulamaq istəyirəm, bu münasibətlər Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən var idi. Ulu Öndərimiz bunun inkişafı ilə bağlı çox böyük tövhələr verdi amma etiraf etmək lazımdır ki, 2003-cü ildən bu günə qədər möhtərəm prezidentimiz İlham Əliyevin dövründə daha da inkişaf etdi. Biz artıq bütünləşmişik . Azərbaycan Türkiyə cəmiyyəti sanki bütöv bir cəmiyyətdir.
Azərbaycan və Türkiyə dövlətlərinin bütün məsələlərdə fikirləri, düşüncələri,  həyata keçirdiyi layihələrlə sanki birbirini tamamlayır. Bu mənada bizim sürətlə inkişaf edən strateji müttəfiqliyimiz dünya ölkələri üçün də bir nümunədir. XİN Ceyhun Bayramovun da Türkiyə səfərinidə biz yüksək dəyərləndiririk bu təbii ənənəvi haldır.
Son olaylarda, Tovuzda işğalçı ermənistan dövlətinin Azərbaycana qarşı törətdiyi 12 iyulda, Azərbaycanın Tovuz rayonu ərazisindəki sərhədlərə edilən hücumlar  işğalçı bir ölkənin hücumları sayılır. Qarabağa 300 km məsafədə olan Tovuza hücumu Ermənistanın işğalçı mahiyyətini göstərirdi. Qeyd etdiyim kimi Ermənistanın Tovuz rayonu ərazisində ağır artileriyalardan atəş açması, təcavüzkar bir siyasət həyata sürməsi, Ermənistana ağır başa gəldi.
Düzdür Azərbaycanda da 12 nəfər zabit və əsgərlərimizdə şəhid oldu, amma düşməndə ağır itkilər verdi. İstər onun bütün sərhədboyu hərbi bazaları, ağır texnikaları məhv edildi. Onsuzda ermənistanın Azərbaycana qarşı olan işğalçı siyasəti hər zaman Türkiyədə ən yüksək səviyyələrdə pislənmişdir. İndiyə kimi Türkiyənin Ermənistanla heç bir diplomatik əlaqəsi olmayıb. Bütün təşkilatlarda BMT, NATO, və digər beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini , maraqlarını Türkiyə müdafiə edir və biz hər zaman bununa fəxr edirik .
Eyni zamanda Azərbaycanda Türkiyənin yanınadır möhtərəm prezidentimiz məşhur  tədbirlərin birində, xarici səfərlərin birində Ermənistan prezidentinin Türkiyə əleyhinə dediyi sözlər zamanı, Cənab prezident demişdi ki, Ermənistan yoxdur mən varam . Belə nümunələr onlarla yox yüzlərlədir. Qeyd etdiyim Tovuz olaylarında artıq Türkiyənin səbrinin həddi aşmışdı, onlar ən kəskin formada reaksiya vedilər və dəfələrlə bildirdilər ki Türkiyə bütün imkanları ilə bütün ordusu ilə hər bir vətəndaşı ilə Azərbaycanın yanındır.
Bizim artıq səbrimizin həddi bitir, biz artıq bu məsələni bir dəfəlik həll etməliyik. Bununda davamı olaraq bu son təlim bu günə kimi keçirilən təlimlərin ən yüksəkdə olanı idi. Bütün növ hərbi qoşunların təlimi idi və sözsüz ki Ermənistan bu gücün qarşısında çox acizdir.
Ermənistan dalan dövlətdir. Siz görürsünüz ki dəfələrlə Türkiyənin prezidentidə Ermənistana bu sözləri deyirdi. Ermənistan öz vətəndaşənı aclıq vəziyyətində saxlayan bir dövlətdir yaxşı olar ki işğalçılığa son qoysun. Sənin ölkəndə vətəndaşların, ermənistan cəmiyyəti rəzil vəziyyətdədir, sən o problemlərlə məşğul ol və işğal etdiyin torpaqlar beynəlxalq sənədlərin tələb etdiyi kimi tərk et.
İstər müdafiə naziri ən yüksək səviyyədə öz mövqelərini ortaya qoyublar və bu səfərdə sanki Bütün bu əməkdaşlığın nəticəsi olaraq Türkiyədən gəlib gedən vətəndaşların viza ilə gedib gəlməsi problem idi və o artıq aradan götürülüb. Və sadəcə olaraq Türkiyə bir çox ölkələrlə nəinki qonşu çox yaxın olduğu ölkələrlə hətta şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş təmin edib. Bir sıra ölkələrin vətəndaşları artıq bu cürə gedib-gəlirlər.
Və hesab edirəm ki Türkiyə Azərbaycan arasındada əlaqələr, əməkdaşlıq artıq bir bütövləşmə mərhələsindədir və bizim aramızda sərhəd yoxdur . Bu gün Türkiyə Azərbaycan arasında inzibati dövlət coğrafiyası var. İki dövlətin dövltr sərhədi var amma bizim könül coğrafiyası və mədəniyyət coğrafiyasında sərhəd yoxdur.
Bu mənada artıq zaman gəlib ki, Azərbaycan Türkiyə vətəndaşınlarının gediş -gəliş səfərlərində hətta xarici pasport olmadan icazə verilsin.
Günay Təhməzova
Gununsesi.info