Məlahət İbrahimqızı: “Cəbhə bölgələrində yaşayan əhaliyə müəyyən güzəştlər edilməlidir”

  • By admin
  • 30 Sentyabr 2020 14:54

“Artıq 30 ilə yaxın müddətdir ki,  məcburi cəlb edildiyimiz müharibə vəziyyətində yaşayırıq. Bu mənada respublikamızın işğalçı Ermənistanla sərhəd bölgələrində yaşayan əhalimiz hər an təhlükə vəziyyətində yaşayırlar. Bununla bərabər təcavüzkar Ermənistanın vaxtaşırı atəşkəs rejimini pozması və ağır artileriyadan atəş açması ilə cəbhə bölgəsində yaşayan əhali çox böyük itki verir. Bunun nəticəsidir ki, bəzən cəbhə bölgəsində yaşayan sakinlər yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalır. Bu isə cəbhə bölgəsinin tədricən boşalmasına bir növ şərait yarada bilər. Bunları nəzərə alaraq, cəbhə bölgəsində daimi yaşayan insanlara hansı formadasa müəyyən güzəştlərin verilməsi çox yaxşı olardı”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onu sözlərinə görə, bu problem hədsiz dərəcədə aktual problemdir.

 

 

Gununsesi.info