Məlahət İbrahimqızı seçicilərlə görüşdən təəssüratlarını paylaşdı

  • By admin
  • 28 Yanvar 2020 10:46

Yeni Azərbaycan Partiyasından deputatlığa növbəti dəfə namizəd Məlahət İbrahimqızı öz Feysbuk hesabında seçicilərlə görüşündən olan təəssüratlarını bölüşüb.

Gununsesi.org xəbər verir ki, xanım namizəd paylaşımında seçicilərlə görüşündə vətəndaşları narahat edən sosial problemlərin siyahısını paylaşıb. Namizəd həmin problemlərin onun tərəfindən araşdırıldığını və aidiyyatı qurumlar qarşısında qaldırılacağı qeyd edib. Həmin yazını sizə təqdim edirik:

 

“Əziz Seçicilərim,
Dəyərli Nəsimi rayonu üzrə Mikrorayon sakinləri,
Artıq 9 fevralda respublikamızda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasının 10-cu günüdür. Sizə hesabat olaraq bildirmək istərdim ki, bugünədək Yeni Azərbaycan Partiyasından irəli sürülmüş deputatlığa namizəd kimi qeydə alındığım 21-ci seçki dairəsinin əhatə etdiyi ərazidən 2000-ə yaxın seçicilərimlə müxtəlif məhəllələrdə üzbəüz görüşə bilmişəm. Bu görüşlərə gəldiyiniz, fəal iştirak etdiyiniz və rayonumuzun həlli vacib olan problemlərini qaldırdığınız və faydalı məsləhətləriniz üçün hər birinizə təşəkkür edirəm.
Əziz Seçicilərim,
Bu görüşlərdə qaldırdığınız problemlərin və irəli sürdüyünüz təklifləri təhlil etdim. Bu təhlilin nəticələrini Sizlə bölüşmək istərdim.
1. Nəsimi rayonu 1-5 Mikrorayonlar üzrə binaların istilik təminat və təchizatında ciddi problemlərin olması
2. Bu ərazidə inşa olunan çoxmərtəbəli binaların inşaası zamanı yaranan bəzi problemlərin ətraf binalarda yaşayan sakinlərdə, xüsusilə də xəstələrdə bəzi haqlı narazılıqların yaratması:
– axşamlar və gecələr (saat 7-dən səhərə qədər) tikintinin aparılması ciddi səs-küy yaradır
– bəzi yeni tikililəri icra edənlərin və sahiblərinin məsuliyyətsizliyi ucbatından ətraf binaların həyətində, binalar arası yollarda dağıntının yaranması, nəticədə yağmurlu havalarda bu sahələri keçilməz vəziyyətə düşməsi. Məktəblərə və Uşaq Bağçasına gedən yollarda problem yaradır.
3. Ulu Öndərimiz Heydər Əliyevin də açılışında iştirak etdiyi 4-cü Mikrorayonda yerləşən Nigar Rəfibəyli adına Uşaq Kitabxanasının binasının az qala yararsız vəziyyətə düşməsi və bununla bərabər Ulu Öndərdən Azərbaycan uşaqlarına yadigar qalan kitabxana binasının özəlləşdiriləcəyi haqda şayələr.
4. Tezliklə bütün həyətlərin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatının böyük dəstəyi ilə Abad Həyətə çevrilməsi arzusu və xahişi
5. 1-5-ci Mikrorayonlarda yerləşən bəzi məktəblərə gələn yolların kənarında səkilərin olmaması və bu yollarda nəqliyyatın sürətinin tənzimlənməməsi.
Əziz Seçicilərim,
Sizi əmin edirəm ki,elə bu gündən qaldırdığınız bu məsələləri müvafiq icra strukturları qarşısında qaldırıb və Sizə hesabat verim.
Əziz Seçicilərim,
Bu görüşlərdə Siz eyni zamanda Prezidentimizin siyasətini dəstəklədiyinizi və son illərdə ölkəmizdə həyata keçirilən islahatları və əhalinin sosial müdafiəsinə yönəlik konkret işlərin görülməsini təqdir etmənizi ürək dolusu sözlərlə qeyd edirdiz. Xüsusilə, əhalinin banklardakı problemli kreditlərinin, şəhid ailələrinə uzun illərdən bəri verilməmiş “qan pulu”-nun ödənməsi, əmək haqqının, maaşların, təqaüdlərin və s artırılması və. s.
Ümid edirəm ki, təbliğat və təşviqat dövrü bitənədək çox fəal olacaqsız.. Həftənin birinci günündən kampaniyamız davam edir. Sizin dəyərli təklifləriniz, tənqidləriniz, iradlarınız və tövsiyələriniz. Daha güclü Azərbaycan naminə çox faydalı olacaqdır. Daha güclü Azərbaycan naminə bir olaq, birlikdə olaq. Səbirsizliklə qarşıdakı görüşlərimizdə Sizləri görmək arzusu ilə”.

 

Seçicilərlə növbəti görüşümüzdən

Əziz Seçicilərim,Dəyərli Nəsimi rayonu üzrə Mikrorayon sakinləri, Artıq 9 fevralda respublikamızda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasının 10-cu günüdür. Sizə hesabat olaraq bildirmək istərdim ki, bugünədək Yeni Azərbaycan Partiyasından irəli sürülmüş deputatlığa namizəd kimi qeydə alındığım 21-ci seçki dairəsinin əhatə etdiyi ərazidən 2000-ə yaxın seçicilərimlə müxtəlif məhəllələrdə üzbəüz görüşə bilmişəm. Bu görüşlərə gəldiyiniz, fəal iştirak etdiyiniz və rayonumuzun həlli vacib olan problemlərini qaldırdığınız və faydalı məsləhətləriniz üçün hər birinizə təşəkkür edirəm. Əziz Seçicilərim,Bu görüşlərdə qaldırdığınız problemlərin və irəli sürdüyünüz təklifləri təhlil etdim. Bu təhlilin nəticələrini Sizlə bölüşmək istərdim.1. Nəsimi rayonu 1-5 Mikrorayonlar üzrə binaların istilik təminat və təchizatında ciddi problemlərin olması 2. Bu ərazidə inşa olunan çoxmərtəbəli binaların inşaası zamanı yaranan bəzi problemlərin ətraf binalarda yaşayan sakinlərdə, xüsusilə də xəstələrdə bəzi haqlı narazılıqların yaratması: – axşamlar və gecələr (saat 7-dən səhərə qədər) tikintinin aparılması ciddi səs-küy yaradır- bəzi yeni tikililəri icra edənlərin və sahiblərinin məsuliyyətsizliyi ucbatından ətraf binaların həyətində, binalar arası yollarda dağıntının yaranması, nəticədə yağmurlu havalarda bu sahələri keçilməz vəziyyətə düşməsi. Məktəblərə və Uşaq Bağçasına gedən yollarda problem yaradır. 3. Ulu Öndərimiz Heydər Əliyevin də açılışında iştirak etdiyi 4-cü Mikrorayonda yerləşən Nigar Rəfibəyli adına Uşaq Kitabxanasının binasının az qala yararsız vəziyyətə düşməsi və bununla bərabər Ulu Öndərdən Azərbaycan uşaqlarına yadigar qalan kitabxana binasının özəlləşdiriləcəyi haqda şayələr.4. Tezliklə bütün həyətlərin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatının böyük dəstəyi ilə Abad Həyətə çevrilməsi arzusu və xahişi5. 1-5-ci Mikrorayonlarda yerləşən bəzi məktəblərə gələn yolların kənarında səkilərin olmaması və bu yollarda nəqliyyatın sürətinin tənzimlənməməsi.Əziz Seçicilərim, Sizi əmin edirəm ki,elə bu gündən qaldırdığınız bu məsələləri müvafiq icra strukturları qarşısında qaldırıb və Sizə hesabat verim.Əziz Seçicilərim,Bu görüşlərdə Siz eyni zamanda Prezidentimizin siyasətini dəstəklədiyinizi və son illərdə ölkəmizdə həyata keçirilən islahatları və əhalinin sosial müdafiəsinə yönəlik konkret işlərin görülməsini təqdir etmənizi ürək dolusu sözlərlə qeyd edirdiz. Xüsusilə, əhalinin banklardakı problemli kreditlərinin, şəhid ailələrinə uzun illərdən bəri verilməmiş “qan pulu”-nun ödənməsi, əmək haqqının, maaşların, təqaüdlərin və s artırılması və. s:Ümid edirəm ki, təbliğat və təşviqat dövrü bitənədək çox fəal olacaqsız.. Həftənin birinci günündən kampaniyamız davam edir. Sizin dəyərli təklifləriniz, tənqidləriniz, iradlarınız və tövsiyələriniz #DahaGüclüAzərbaycan naminə çox faydalı olacaqdır. #DahaGüclüAzərbaycan naminə bir olaq, birlikdə olaq. Səbirsizliklə qarşıdakı görüşlərimizdə Sizləri görmək arzusu ilə. #DahaGüclüAzərbaycan, #seçki2020, #sechki2020, #azelections2020, #azvote2020, #parlament2020, #DahaGucluAzerbaycanNamine, #HerBirSeçicininXidmetçisi, #HərSeçicininDostu

Publicerat av Malahat Ibrahimgizi Lördag 25 januari 2020

 

 

Gununsesi.org